AZƏRBAYCAN

ŞƏKİ

Şəki şəhəri respublikanın şimal-qərbində, Kiş çayının sol sahilində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə, paytaxt Bakı şəhərindən 370 km aralıda, Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində, mərkəzi regionlardan uzaqda – təcrid olunmuş bir məkanda yerləşir. Şəhəri əhatə edən təbiət, meşələrlə örtülmüş dağlar öz gözəlliyi ilə insanı valeh edir. Xan yaylağının sildrım yollarıyla şimal tərəfdən şəhərə yaxınlaşacaq olursaq qarşımıza nəticəsində iki yarğanın əmələ gəldiyi iki böyük uçuruma- Çaqqaldar və Ottal uçurumlarına rast gələrik. Şəki şəhərinin qəribə quruluşu vardır. Şərqdən Qərbə axan Qurcanaçay çayı şəhəri iki hissəyə, daha yüksəkdə yerləşən Cənub, digəri isə vadidə yerləşən Şimal hissələrinə bölür.

Memarlıq abidələrindən Şəki xan sarayı, Şəkixanovların evi, Giləkli məscidinin minarəsi, məscid, qala divarları, Dairəvi məbəd (XVII-XIX), Zəyzit məbədi (XI-XII), Kiş alban məbədi, Şəki Karvan sarayı mühafizə olunur.

Qədim şəhərin planlaşdırılmasının spesifik xüsusiyyətlərini ayırd etmək üçün şəhər küçələrinin ümumi konstruksiyası və Şəki arxitekturasının incələnməsi vacibdir. Azərbaycanın tədricən tikilən küçələrinə sahib digər orta əsr şəhərlərindən fərqli olaraq Şəkidə bu iş qısa bir müddətdə, həm də planlı bir şəkildə həyata keçirilmişdir. Şəkinin Gürcənçaya paralel olan əsas və ən uzun küçəsi tərkibində şəhərin ən mühüm arxitektura abidələrini özündə cəmləşdirir. Şəkinin bir çox küçələri tarixi və arxitektura abidələrinin mövcudluğu ilə diqqəti cəlb edir.
 

CITY TRAVEL
M.K Araturk pr 12/28, Narimanov district, Baku AZ1100, Azerbaijan
+99412 4440223
+994504440223, + 994554440223, +994704440223
SAYTIN İSTEHSALI SHUKURZADE & COMPANY SHUKURZADE & COMPANY